sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin bəzi şəhər və kəndlərinə hücumm ediblər və ən azı on üç fələstinlini həbs ediblər.
Arannews- Sionist rejim hərbçiləri Qüds intifazəsini yatırmaq məqsədilə İordan çayının qərb sahilinin və Qəzzə zolağının müxtəlif məntəqələrinə hücum ediblər.sionist rejim hərbçiləri çərşənbə axşamı günü gecə və çərşənbə günü səhər tezdən İordan çayının qərb sahilinin bəzi şəhər və kəndlərnə qarşı geniş bir əməliyyatda azı on üç fələstinlini həbs ediblər.
Belə bir halda, İordan çayının qərb sahilindəki Beyt-Ləhm şəhərində yerləşən Təqu, Əldəhişə və Əlxizr kəndlərində sionist rejim hərbçiləri ilə fələstinlilər arasında şiddətli döyüşlər gedib.
Sionist rejim hərbçiləri həmçinin çərşənbə günü Qəzzə zolağının mərkəzindəki Əlbric düşərgəsinin şərq ərazilərinə basqın ediblər.
Sionist rejim hərbçiləri çərşənbə günü habelə buldozer və hərbi avtomobillərlə Əlbric-in şərqində fələstinlilərin ərazilərinin bir hissəsinə basqın edib, atəş açaraq, bu əraziləri dağıdıblar.