Tarix : 2016 Feb 18
Kod 47950

Türkiyədə terror akti baş verib

Türkiyədə güclü partlayış nəticəsində ən azı 28 nəfərin öldüb, 60 nəfərdə yaralanib.
Arannews- Türkiyə paytaxtı Ankarada axşamın izdihamlı çağında törədilmiş güclü partlayışda azı 28 nəfərin öldüyü, 60 nəfərin yaralandığı xəbər verilir.
Rəsmilər avtomobildə törədilmiş partlayışın hərbçiləri hədəflədiyini təsdiq ediblər. Partlayış Ankaranın mərkəzində, parlament binası və baş hərbi qərargahının yaxınlığında törədilib.
Ankara valisi Mehmet Kılıçer deyib ki, partlayış yaxınlıqdan keçən hərbi maşın karvanını hədəfləyib.
Ordu qərargahının rəsmilərindən birinin məlumatına görə, partlayış hərbi maşın karvanı qırmızı işıqda dayanarkən onların yanındakı avtomobildən törədilib. 
Şahidlər deyirlər ki, partlayışın səsi şəhərin ucqar hissələrində də eşidilib.
Televiziya xəbərlərində ətrafda başlanmış güclü yanğın görüntülənib.
 
“Göstərmək” qadağan olunub
Xəbər verilir ki, Türkiyənin baş naziri Ahmet Davutoğlu Brüsselə səfərini ləğv edib. O, təhlükəsizlik iclasında iştirak etməli idi. 
Türkiyə son 18 ayda bir neçə terror aktının hədəfi olub. Haklimiyyət bundan əvvəl baş vermis aktların İŞİD tərəfindən törədildiyini bildirmişdi.
Türkiyə polisi ətrafı bağlayıb və Türkiyə yayın idarəsi hadisəyə aid videoların göstərilməsini qadağan edib.
Yerli media xəbərlərində deyilir ki, Daxili İşlər Nazirliyinin qarşısında tapılmış başqa bir “şübhəli bağlama” məhv edilib.


  • Yazılıb
  • da (də) 2016 Feb 18
  • Göndərən مدير سايت Aran News