Azərbaycanın güc strukturları ölkəyə məxsus nömrəli avtomobilin İstanbulda saxlanması faktı ilə bağlı susurlar.
AranNews- İki nəfər Azərbaycan vətəndaşı həmin avtomobildə ümumi çəkisi 33 kiloqramdan çox 39 ədəd qızıl külşə daşıyırmış.
Türkiyə tərəfinin məlumatına görə, qızıl Azərbaycandan qaçaqmalçılıq yolu ilə çıxarılıb.
Hadisədən iki sutka keçsə də güc qurumları hələlik faktı şərh etməyiblər.
Azərbaycan Dövlət Sərhəd Xidmətinən şərh almaq cəhdlər tutmayıb. Belə ki, qurumun mətbuat xidmətinin telefonu cavab verməyib.
Prokururluq, DİN və Dövlət Təhlükəsizlik Xidməti də susur. Sərhəddən keçən yüklərin yoxlanmasına cavabdeh olan Gömrük Komitəsindən şərh almaq mümkün olmayıb.
Vəziyyət 2014-cü ildəki böyük qalmaqalı xatırladır. Maye yuyucu vasitə adı altında bir tona yaxın heroin dolu yük maşını Azərbaycan ərazisindən keçmişdi.
O zaman güc qurumları məsələni bir-birinin üzərinə ataraq özlərinin bu işə aidiyyatının olmadığını bildirirdilər.
Qeyd edək ki, əgər qızıl doğrudan da avtomobillə keçirilibsə bu, ancaq Azərbaycanla Türkiyənin ümumi sərhəddi olan Naxçıvanda baş verə bilərdi.
Bu qədər qızılın İran və ya Gürcüstan ərazisindən keçirilməsi ağlabatan deyil.
Bütün bu suallara cavabı güc qurumları verməlidir. Belə ki, başqa vaxt bu qurumlar iki blok siqaret, dərman qutuları və ya bir neçə telefon saxladıqları barədə şövqlə məlumat verirlər.
Praktika göstərir ki, bu cür böyük həcmdə qaçaqmalçılıq qanunlara əməl etməyən yüksək vəzifəli dövlət məmurlarının iştirakı ilə baş verir.