AranNews-un, Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan, Ankarada baş vermiş partlayışa görə sabah Bakıya rəsmi səfərə gəlməyəcək. O, Prezident ilham Əliyevlə əlaqə saxlayaraq görüşün başqa bir vaxta keçirilməsini xahiş edib.
Məlumat üçün bildirək ki, Ərdoğan sabah Gəncəyə səfər etməli idi. Lakin görüş yeri Gəncədə güclü duman olması səbəbindən Bakıya dəyişdirilib. Dumandan dolayı Türkiyədən Bakıya gələn heyətin bir qismi Naxçıvan hava limanına enib.
Ərdoğanın Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirakı gözlənilirdi.
Qeyd edək ki, Ankarada hərbi maşınların partlaması nəticəsində 24 nəfər ölüb, 61 nəfər yaralanıb.