Türkiyə son 18 ayda bir neçə terror aktının hədəfi olub. Haklimiyyət bundan əvvəl baş vermis aktların İŞİD tərəfindən törədildiyini bildirmişdi.
AranNews- Ankarada axşamın izdihamlı çağında törədilmiş güclü partlayışda azı 28 nəfərin öldüyü, 60 nəfərin yaralandığı xəbər verilir.
Rəsmilər avtomobildə törədilmiş partlayışın hərbçiləri hədəflədiyini təsdiq ediblər. Partlayış Ankaranın mərkəzində, parlament binası və baş hərbi qərargahının yaxınlığında törədilib.
Ankara valisi Mehmet Kılıçer deyib ki, partlayış yaxınlıqdan keçən hərbi maşın karvanını hədəfləyib.
Ordu qərargahının rəsmilərindən birinin məlumatına görə, partlayış hərbi maşın karvanı qırmızı işıqda dayanarkən onların yanındakı avtomobildən törədilib.
Televiziya xəbərlərində ətrafda başlanmış güclü yanğın görüntülənib.
Türkiyə polisi ətrafı bağlayıb və Türkiyə yayın idarəsi hadisəyə aid videoların göstərilməsini qadağan edib.
Yerli media xəbərlərində deyilir ki, Daxili İşlər Nazirliyinin qarşısında tapılmış başqa bir “şübhəli bağlama” məhv edilib.
fevralın 17-də törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 17 nəfərə çatıb.
daha bir nəfərin axtarışı davam edir. Şübhəlilərin PKK terror təşkilatı ilə bağlılığı da üzə çıxıb. Ankaranın baş prokuroru Harun Kodalak terror aktı ilə bağlı hadisənin üstünün dərhal açıldığını elan edib.
Eyni halda Ötən gün Ankarada baş verən terror aktının üzərindən 1 sutka keçməmiş Türkiyədə daha bir terror aktı törədilib. Hadisə Diyarbəkir-Bingöl avtomobil yolunda qeydə alınıb. PKK terrorçularının yola basdırdıqları partlayıcı əsgərlərin olduğu hərbi avtomobil ərazidən keçdiyi zaman partladılıb.
Baş Qərargah partlayış nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Bir nəfər isə ağır yaralanıb. Qurumun yaydığı açıqlamada qeyd edilir ki, yolda partlayış Bakı vaxtı ilə 11:30-da baş verib. Partladılan ərazidən keçən maşında mina axtarış və zərərsizləşdirilmə bölüyünün üzvləri olub.
Xəbər verilir ki, Türkiyənin baş naziri Ahmet Davutoğlu Brüsselə səfərini ləğv edib. O, təhlükəsizlik iclasında iştirak etməli idi.
Davutoğlu bildirib ki, hökumət partlayış barədə ixtiyarında olan informasiyaları araşdırır.
Türkiyə son 18 ayda bir neçə terror aktının hədəfi olub. Haklimiyyət bundan əvvəl baş vermis aktların İŞİD tərəfindən törədildiyini bildirmişdi.
Qərb mətbuatı basqının Türkiyə üçün mürəkkəb vaxta tədadüf etdiyini vurğulayır. Ankara hazırda ölkənin cənub-şərqində PKK qüvvələrinə qarşı silahlı mübarizə aparır.