Ərəbistan və Türkiyə başçılarının rəftarları, koalisiyanın təşkli və Türkiyəyə təyyarənin göndərilməsi bu iki rejimin Suriya ordusunun terrorizm üzərindəki qələbələrindən sonrakı çaş-başlığı və nigaranlığından söz açır.
Arannews- Suriyanın informasiya naziri bu ölkədə yerləşən terror qrupları ilə atəşkəsi rədd edib.
Suriyanın informasiya naziri İmran Əlzəəbi rəsmi Dəməşqin terror qrupları ilə atəşkəs etməyəcəyini bildirərək, deyib ki, hər bir siyasi proses həlak olanların qanına vəfadar olmalıdır və bu, Suriya dövləti üçün qırmızı bir xəttdir.
İmran Əlzəəbi əlavə edib: Hazırda ən mühüm dəyişikliklər, hərbi, siyasi, təhlükəsizlik, mədəni və elmi imkanlar yolu ilə Suriyada və bütün regionda terrorizmin məğlubiyyətidir.
Suriyanın informasiya naziri vurğulayıb: Ərəbistan və Türkiyə başçılarının rəftarları və onların hərbi qüvvəyə söykənməyə dair sözləri, koalisiyanın təşkli və Türkiyəyə təyyarənin göndərilməsi bu iki rejimin Suriya ordusunun müxtəlif cəbhələrdə terrorizm üzərindəki qələbələrindən sonrakı çaş-başlığı və nigaranlığından söz açır.
İmran Əlzəəbi söyləyib: Siyasi məntiqdə, əsasnamələrdə, müqavilələrdə və beynəlxalq müahidələrdə ölkələrə quru müdaxiləsindən söz getməyibdir, amma Ərəbistan və Türkiyə rejimlərinin iqtisadi, siyasi, hərbi və təhlükəsizlik terrorizmi məntiqi onların hərbi müdaxiləyə üz tutmalarına səbəb olubdur.
Suriyanın informasiya naziri əlavə edib: Sərhədlərini minlərlə terrorçü üçün açmış və onların Suriyaya daxil olmaları və bu ölkə xalqına təcavüzünü sürətləndirmiş Türkiyə puç bəhanələrlə çalışır ki, ayırıcı zonanın yaradılması vacibliyini əsaslandırsın və bu məsələdən siyasi və media təhriki üçün istifadə etsin.