Edvard Nalbandyan bildirib ki, məhz Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinə maneələr törədir.
AranNews- Ermənistanın xarici işlər naziri, Edvard Nalbandyan bildirib ki, məhz Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinə maneələr törədir.
bu məlumatı Ermənistan XİN mətbuat xidməti yayıb.
Nalbandyan qeyd edib ki, Azərbaycan atəşkəs barədə üçtərəfli müqaviləni pozur, baş verən hadisələrin təhqiqatını aparmaq üçün mexanizmin yaradılmasından boyun qaçırır və danışıqları başqa formatlara keçirməyə çalışır.
«Bu onu sübut edir ki, Bakı tənzimlənmə prosesini pozmaq üçün əlindən gələni edir. Bundan əlavə, Azərbaycan tərəfinin bu addımları, həmçinin vasitəçilərlə görüşdən imtina etməsi status-kvonun saxlanmasına şərait yaradır ki, beynəlxalq vasitəçilər və Ermənistan hər zaman bunun əleyhinə olublar», - Nalbandyanın bəyanatında belə deyilir.
Xatırladaq ki, hər gün atəşkəs məhz Ermənistan tərəfindən dəfələrlə pozulur, erməni tərəfi danışıqlar prosesində qeyri-konstruktiv mövqe numayiş etdirməklə beynəlxalq səviyyədə qəbul edilmiş qərarları yerinə yetirməkdən boyun qaçırır və beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu ikili sytandartlar nümayiş etdirərək, bu istiqamətdə heç bir əməli tədbir görmür.