Tarix : 2016 Feb 20
Kod 47967

İran və Müqavimət Cəbhəsi əlaqələri gücləndirməlidilər

Seyid Həsən Nəsrullah höccətülislam vəlmüslimin Əli Məhəmmədi ilə görüşüb.
Arannews- Livan Hizbullahının baş katibi deyib: İran İslam Respublikası və Müqavimət Cəbhəsinin mədəniyyət və inanc əlaqələri daha da güclənməlidir.
Vəqflər və Xeyriyyə Məsələləri üzrə Təşkilatın ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Vəliyyi Fəqihin Beyrutdakı nümayəndəsi və İranın Livandakı Vəqflər və Xeyriyyə Məsələləri üzrə Təşkilatının sədri höccətülislam vəlmüslimin Əli Məhəmmədi ilə görüşdə əlavə edib: Mədəni və inanc əlaqələri həmişə müqavimət cəbhəsində davamlı şəkildə olmalı olan məsələlərdəndir. Çünki döyüşçülərin qorunmasına zəmanət olacaqdır.
Höccətülislam vəlmüslimin Məhəmmədi də Suriya və Livan rəsmiləri ilə görüşləri ilə əlaqədar məlumat verib.
İranın Vəqflər və Xeyriyyə Məsələləri üzrə Təşkilatının sədri Livanda olduğu müddətdə bu ölkənin baş müftisi Şeyx Əbdüllətif Dəryanla da görüşərək danışıqlar aparıb.
Livanın baş müftisi Şeyx Əbdüllətif Dəryan islam ümmətinin vəhdəti üzrə İran İslam Respublikasının mövqeyini alqışlayaraq İranın müxtəlif sahələrdə Livanla sıx əlaqələrini istəyib.
İranın Vəqflər və Xeyriyyə Məsələləri üzrə Təşkilatının sədri də İran İslam Respublikasının region və islam dünyasındakı siyasətini vəhdəti qorumaq adlandırıb və deyib: Həzrət İmam Xomeyni və İslam İnqilabının Böyük Rəhbəri islam ümmətinin birliyinin carçısı olmuş və çarçısıdırlar. İslam ümməti arasında istənilən ixtilaf və islam müqəddəslərinə hörmətsizliyi islam düşmənlərinin məqsədləri çərçivəsində hesab etmiş və edirlər.
İranın Vəqflər və Xeyriyyə Məsələləri üzrə Təşkilatının sədri təkfirçi terrorçuların təhlükəsinə toxunaraq azğın və radikal cərəyanlarla mübarizə üçün islam ümmətinin birliyini vurğulayıb.


  • Yazılıb
  • da (də) 2016 Feb 20
  • Göndərən مدير سايت Aran News