ayətullah Sədiqi: " İŞİD terror qruplaşması İngiltərə və ABŞ-ın yetişdirməsidir və bu iki ölkə İŞİD-i dəstəkləyirlər"
Arannews- Tehranın bu həftəki cümə namazının xətibi deyib: Vilayətmədarlıq İran xalqının özəyindədir və xalq agahlıqla İslam Respublikası quruluşuna səs vermişdir.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Kazım Sədiqi İslam Şurası Məclisinin 10-cu və Rəhbərlik Xobrəqan Məclisinin 5-ci çağırış seçkilərinin keçirilməsinə toxunaraq əlavə edib: Seçkilərdə xalqın iştirakının əsası siyasi həyatın davamı və öz müqəddəratlarında müdaxilədir.
İran xalqının Vilayət Fəqih və İslam İnqilabı amallarına vəfalı olduğunu bəyan edən Tehranın bu həftəki cümə namazının xitabətçisi bildirib: Gülcü, yararlı və inqilaba vəfalı parlament cəmiyyətin bütün kütlələrinə aiddir.
Ayətullah Sədiqi deyib: Müdirlərin dəyşilməsi ilə yeni istedadlar ortaya çıxır və yeni simalar cəmiyyətə əhval-ruhiyyə bəxş edərək xalqı İslam İnqilabına daha da ümidvar edəcəklər.
Tehranın cümə namazı xətibi İslam İnqilabı düşmənlərinin qarşıdakı seçkilərdə zəif iştirak məqsədilə xalqı soyutmağa çalışdıqlarına toxunaraq əlavə edib: Düşmən seçkiləri əhəmiyyətsiz göstərmək üçün xalqı soyutmaqdan məyus olduqdan sonra seçkilərin əsas dayaqları, o cümlədən Konstitusiyaya Nəzarət Şurasını ləkələməyə üz tutub və Vilayət Fəqihə qarşı mənfi təbliğat aparır.
Ayətullah Sədiqi bildirib: Düşmənlər İslam İnqilabının Böyük Rəhbəri və İran xalqı arasında boşluq yarada bilməyəcəklər və xalq müxtəlif imtahanlarda bu məsələni sübut etmişdir.
Tehranın cümə namazı xətibi həmçinin regionda, xüsusilə də Suriya və İraqda İŞİD terror qruplaşmasının cinayətlərinə toxunaraq deyib: Bu qruplaşma İngiltərə və ABŞ-ın yetişdirməsidir və İŞİD-i dəstəkləyirlər.