Yəmənin Müdafiə Nazirliyi onlarla səudiyyəli muzdlunun öldüyünü, yaralandığını və əsir götürüldüyünü bildirib.
Arannews- Yəmən ordusunun səudiyyəli muzdlulara hücumunda bir qrup muzdlu öldürülüb.Yəmənin Müdafiə Nazirliyi Həccə vilayətində Midi limanında onlarla səudiyyəli muzdlunun öldüyünü, yaralandığını və əsir götürüldüyünü bildirib.
Yəməndə hərbi dairələr bildiriblər ki, Ərəbistanın cənubunda Nəcran və Cizan vilayətlərində 3 səudiyyəli hərbçi yəmənli snayperlər tərəfindən məhv edilib.
Yəmən ordusu və xalq qüvvələri həmçinin Nəcranda Ərəbistnaın iki hərbi bazasını dağıdıblar və 2 səudiyyəli muzdlu da öldürülüb.