Tarix : 2016 Feb 21
Kod 47970

İŞİD başçılarından biri məhv edilib

İraqın xalq qüvvələri Ələnbar vilayətinin Fəllucə şəhərinin Cövlan məntəqəsində Əbu Mərvan ləqəbli İŞİD başçılarından birini öldürüblər.

ARANNEWS- İŞİD terror qrupunun başçılarından biri İraqın qərbində bu ölkənin xalq qüvvələri ilə döyüşdə öldürülüb.

iraqin qərbində Ələnbar əməliyyat komandanlığı bildirib ki, İraqın xalq qüvvələri Ələnbar vilayətinin Fəllucə şəhərinin Cövlan məntəqəsində Əbu Mərvan ləqəbli İŞİD başçılarından birini öldürüblər.

İraqın hərbi işlər üzrə informasiya şəbəkəsi də Fəllucə şəhəri sakinlərinin İŞİD-çilərlə döyüşdən sonra bu şəhərin Nizal məntəqəsinin bəzi hissələrinə yiyələnmələrindən xəbər verib.

Həmçinin İraq ordusu qırıcılarının Ələnbar vilayətinin Hit şəhərinin qərbindəki hücumunda İŞİD-in bu vilayətdəki yeni valisi Vəhib Əlbuabər və onun müavini Muhəmməd Təyyib öldürülüblər.

İraq ordusunun Hit şəhərinə qarşı hava hücumunda 20-dən çox terrorçu öldürülüb.

  • Yazılıb
  • da (də) 2016 Feb 21
  • Göndərən مدير سايت Aran News