Tarix : 2016 Feb 21
Kod 47971

suriya ordusunun terrorçulara qarşi əməliyatlari dəvam edir

suriya ordusu və xalq qüvvələri Suriyanın qərbindəki Şimali Laziqiyyə məntəqəsinin şimal ətrafında irəliləyişlərini davam etdirərək, Əyn Əlqəntərə kəndini və bir neçə digər strateji nöqtəni azad ediblər.

ARANNEWS- Suriya ordusu və xalq qüvvələri bu ölkənin digər məntəqələrini terrorçulardan azad ediblər.

Suriyanın ordusu və xalq qüvvələri şənbə günü Suriyanın qərbindəki Şimali Laziqiyyə məntəqəsinin şimal ətrafında irəliləyişlərini davam etdirərək, Əyn Əlqəntərə kəndini və bir neçə digər strateji nöqtəni azad ediblər.
Suriya ordusunun hava qüvvələri də terror qruplarının Suriyanın mərkəzi və qərbində yerləşən Hums, Həmah və İdlib ətraflarındakı qərargahları və toplaşma mərkəzlərini hədəfə alaraq, məhv ediblər.
Müqavimət qüvvələri və Suriya ordusunun bölmələri həmçinin Riqqə şəhərinin yaxınlığındakı Əsərya məntəqəsində terror qruplarının gizləndikləri məkanları hücuma məruz qoyub və bu məntəqəyə nüfuz edə biliblər.
Suriya ordusunun qüvvələri habelə bu ölkənin şərqində yerləşən Diyrəlzur şəhərində İŞİD terror qrupunun bu şəhərin şərqindəki Əlmərbəiyyə kəndində yerləşən qərargah və gizləndikləri məkanlara hücum edərək, dağıdıblar.
Suriya ordusunun hava hücumlarında İŞİD terror qrupu son günlər böyük insan və maliyyə xəsarətlərinə düçar olub və İŞİD-çilərdən azı 174 nəfər Diyrəlzurda öldürülübdür.
Dəməşqin şərq ətrafında da Suriya ordusunun hava qüvvələri terrorçuların qərargahları və toplaşma mərkəzlərini məhv ediblər.
Suriya ordusu bir qrup İŞİD ünsürünü Humsun cənub ətrafında öldürübdür.
İŞİD terror qrupu bir komandanı daxil olmaqla öz üzvlərindən 18 nəfərin öldürüldüyünü etiraf edibdir.

  • Yazılıb
  • da (də) 2016 Feb 21
  • Göndərən مدير سايت Aran News