Tarix : 2016 Feb 21
Kod 47974

yəmən ordusu təcavüzkarlara qarşi əməliyatlarini dəvam edir

Yəmən ordusu və xalq qüvvələri Həccə vilayətinin Midi səhrasının təmizlənməsi əməliyyatı zamanı səudiyyəli təcavüzkar koalisiyanın 8 muzdlu hərbçisini əsir götürüblər.
Arannews-  Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın təcavüzünü dayandırmaq məqsədilə öz hərbi əməliyyatlarının davamında bir neçə səudiyyəli muzdlunu əsir götürüblər.
Yəmən ordusu və xalq qüvvələri Həccə vilayətinin Midi səhrasının təmizlənməsi əməliyyatı zamanı səudiyyəli təcavüzkar koalisiyanın 8 muzdlu hərbçisini əsir götürüblər.
Yəmən ordusu və xalq qüvvələri Ərəbistnaın təcavüzünün davam etməsinə reaksiyada Nəcranda əl-Xəzra keçidində özünəməxsus bir əməliyyatı icra edərək səudiyyə rejimi ordusunun 5 hərbi avtomobilini sərnişinləri ilə birlikdə məhv ediblər.
Yəmən ordusu və xalq qüvvələrinin raket bölmələri də quru-quru raketlə Ləhic vilayətinin yaxınlığında əl-Şatiri məntəqəsində təcavüzkarların bir hərbi avtomobilini məhv ediblər.
Səudiyyəli qırıcılar Yəmənin müxtəlif bölgələrinin bombardman edilməsində qadağan olunmuş silahlardan istifadə edir.
Səudiyyəli qırıcı təyyarələrin Yəmənə hücumları nəticəsində yaralanan yəmənlilərin orqanizmində yaratdığı nöqsanlar Ali-Səud rejimin qadağan olunmuş silahlardan Yəmən vətəndaşlarına qarşı istifadə etdiyini sübuta yetirir.


  • Yazılıb
  • da (də) 2016 Feb 21
  • Göndərən مدير سايت Aran News