Tarix : 2016 Feb 21
Kod 47975

İstanbulda polis şöbəsinə hücum - ölən var

İstanbulun Sarıyer məhəlləsindəki polis şöbəsinə əldəqayırma partlayıcıyla hücum edən terrorçulardan biri vurulub.
AranNews- xəstəxanaya aparılan terrorçu orada ölüb. Terrorçu DHKP/C üzvü olan qrup Fatih Sultan Mehmet Polis Mərkəzinə yaxınlaşaraq mərkəsin bağçasına əldəqayırma qumbara atıb. Atışma başlayıb. Yaralanan yoldaşlarını bağçada qoyan terrorçular qaçıblar. Ölən terrorçunun kimliyi də bəlli olub. Yılmaz Öztürk adlı bu şəxs 20 yaşında imiş. Polis araşdırma aparır.
  • Yazılıb
  • da (də) 2016 Feb 21
  • Göndərən مدير سايت Aran News