Tarix : 2016 Feb 21
Kod 47978

Rusiya, Ermənistanda döyüş təyyarələri yerləşdirdi

Rusiya Ermənistandakı Erebuni hava bazasına dördüncü nəsil MiQ-29 tipli döyüş təyyarələri və Mi-8MT tipli helikopteri göndərib.
AranNews- Rusiya, Ermənistandakı Erebuni hava bazasına dördüncü nəsil MiQ-29 tipli döyüş təyyarələri və Mi-8MT tipli helikopteri göndərib.
Rusiya, Cənub Hərbi Zonasından verilən açıqlamada, bazada 4 MiQ-29 döyüş reaktivi və 1 Mi-8MT vertolyotu yerləşdirəcəyi bildirilib.

Hərbi texnikaların Rusiyalı mühəndislər tərəfindən yığıldıqdan sonra mart ayının ortalarında istifadəyə veriləcəyi ifadə olunub.
Erebuni bazasında hazırda 9 MiQ-29 döyüş təyyarəsi mövcuddur.
Rusiya Erebuniyə ilk MiQ-29 qırıcılarını 1998-ci ildə göndərmişdi. 2001-ci ilin iyul ayında isə bazaya göndərilən təyyarə və helikopterlərin hərbi hava qüvvələri donanması formalaşdırılmışdır.
  • Yazılıb
  • da (də) 2016 Feb 21
  • Göndərən مدير سايت Aran News