Tarix : 2016 Feb 23
Kod 47980

Təbrizdə “İran-Azərbaycan münasibətlərinə baxış” elmi konfrans keçirildi

“İran-Azərbaycan münasibətlərinə baxış” bu gün Təbrizdə Azər-Aran Mədəniyyət Mərkəzinin ev sahibliyi ilə keçirilən elmi konfransın mövzusu idi.
Aran-News- “İran-Azərbaycan münasibətlərinə baxış” elmi konfrans Şərqi Azərbaycanın universitet alimlərinin, tədqiqatçıların, mədəniyyət və media fəallarının iştirakı ilə bu gün günortadan sonra Təbrizdə Azər-Aran Mədəniyyət Mərkəzinin ev sahibliyi ilə keçirildi.
Konfransın açılışında Qafqaz məsələləri üzrə tədqiqatçı Mehdi Nalbəndi bir neçə ruhani və islamçının şəhid olması və yaralnaması ilə nəticələnən qanlı Nardaran hadisələrinə və son bir neçə ayda şiələrə qarşı siyasi hadisələrdən söz açaraq, bu hadisələri şiələrin ürəyinə yara vurmaq adlandırdı. O artırdı: “Bakı dövlətinin dindarlara və İslam müqəddəslərinə qarşı müharibə elan etməsinin səbəbləri vardır. Nardaran qəsəbəsi hərəkatların simvolu olaraq onun güclənməsi və təbliğində əsas rol oynayırdı. Nardaran, qapı-divarları və küçələri şiəlik və mərdlik iyi verən bir yerdir. Lakin indi dövlət tərəfindən burada dəyişiklik aparılır. Bu ölkənin dövlət rəhbərləri İlham Əliyevin imzaldığı fərmanı ilə ziyarətgah və məscidlərdən dini şüar və simvolları götürdülər, küçələrdə dalğalanan məzhəbi bayraqları yığışdırdılar”.
M. Nalbəndi Nardaran senarisindən istifadə edərək şiələrə qarşı yaradılmış repressiyaya görə narahatlığını bildirdi və yaxın günlərdə ölkəmizə səfər etməsi gözlənilən Azərbaycan Respublikasının prezidentinə müraciət edərək dedi: “Cənab Əliyev! Tarixdə baş verən hadisələr göstərir ki, haqq və həqiqətlə mübarizə aparmaq məğlubiyyətlə sonuclanır. Allah və İslam dini övliyaları ilə düşmənçiliyin həqarət, xarlıq və zəlillikdən başqa bir aqibəti yoxdur. Sovetlər Birliyinin keçmişinə diqqət etsəniz, xalqın Stalini necə xatırlamasını görəcəksiniz. Stalinin repressiya və qətl siyasəti ölkənizin xalqının İslam və şiə məzhəbinə meylini məhv edə bildimi? Sizin ixtiyarınızda Sovetlər Birliyinin hərbi imkanları, coğrafi mövqeləri qədər güc yoxdur. Bununla belə İslam və Əhli-beytlə (ə) düşmənçilik edirsiniz”.
Qafqaz məsələləri üzrə ekspert İslam İnqilabının Böyük Rəhbəri həzrət İmam Xomeyninin (rh) Qorbaçova ünvanladığı və SSRİ-nin, ya başqa sözlə kommunizmin dağılacağını proqnoz verdiyi məktubuna işarə edərək dedi: “Bizim aydın ismarıcımız İnqilabın ismarıcıdır. İran İslam Respublikası islami hərəkatları mirasının qoruyucusu və hidatəyçisi olaraq günbəgün müsəlmanların oyanmasına və imperializmlə mübarizəsinə yeni ruh bağışlamışdır”.
Mədəniyyət fəallarından sayılan M. Nalbəndi daha sonra artırdı: “Ağıllı və baracıqlı bir siyasətçi heç vaxt 7 milyonluq ölkəni 70 milyonluq ölkə ilə üz-üzə qoymur”.
O həmçinin, Azərbaycan Respublikasının prezidentindən Nardaran şəhidlərinin qanını və qisasını tələb etdi, həbsdə olan islamçıların və hicab müdafiəçilərinin hamısının qeydsiz-şərtsiz azadlığa buraxılmasını istədi.
M. Nalbəndi çıxışının sonunda bizim üçün Təbriz və Bakının eyni olmasını açıqladı, ölkəmizin istiqlalını və ərazi bütövlüyünü öz cəhalətlərinin oyuncağına çevirərək “DAK” adı ilə bir qrup şəxsiyyətsizin qalmaqal yaradan konfranslar təşkil etmələrini məhkum etdi. Ekspert həmçinin, Azərbaycan prezidentinin ölkəmizə səfəri astanasında DAK və separatçıların son iclasını diqqəti çəkən bir məsələ adlandırdı.
Elmi konfransın davamında Qafqaz məsələləri üzrə mütəxəssis və tədqiqatçı doktor Kəffaş “Azərbaycan dövlətinin davranışının tanınması” mövzusinda çıxış edərək, İran-Azərbaycan ölkələrinin keçmiş siyasi münasibətlərinə toxundu. O dedi: “İran İslam Respublikası 1991-ci ildə Azərbaycan ölkəsinin müstəqilliyini tanıdı və Qafqaz regionunda bu ölkə ilə münasibətlərinin genişlənməsini daha öndə tutdu”.
O zamanlarda baş verən mühüm hadisələrə, o cümlədən Qarabağ münaqişəsinə toxunan doktor Kəffaş dedi: “İran İslam Respublikası Qarabağ məsələsində məsuliyyət hiss edərək və öz vəzifəsi bilərək Azərbaycanın müsəlman xalqını və dövlətini dəstəklədi, hətta kömək etmək məqsədilə öz ərazisini bu ölkənin ixtiyarında qoydu”.
Qarabağ münaqişəsində İranın Azərbaycan xalqına köməyinin hərtərəfli olduğunu, o cümlədən hərbi sahədə olduğunu qeyd edən ekspert və tədqiqatçı alim dedi: “Bu köməklərə aid sənədlərdən kiçik bir hissəsi ötən həftələrdə video şəklində ölkənin bir sıra saytları vasitəsilə yayımlandı. Bu sənəd Qarabağ münaqişəsində İranın Azərbaycana köməyinin çox kiçik bir hissəsini nümayiş etdirir”.
Doktor Kəffaş çıxışının davamında ölkəmizin səhiyyə və müalicə sahəsində də köməklərinə işarə edərək onu çox dəyərli adlandırdı, bu məsələdə Azərbaycan dövlətinin nankorluğundan və səmimi olmamasından təəssüfünü bildirdi.
İran-Azərbaycan münasibətlərinin bəyənilən həddə çatmamasını açıqlayan ekspert, bunun səbəblərini Bakı dövlətində axtarmağın gərək olduğunu vurğuladı.
Doktor Kəffaş çıxışının digər bir hissəsində Azərbaycan dövlətinin düşməncəsinə və uyğunsuz hərəkətlərini saydı:
-  İranın düşmənləri, o cümlədən sionist rejimi ilə strateji münasibətlər qurmaq
- Amerika və qərbin İrana qarşı iqtisadi sanksiyalarının bərkiməsi ilə eyni zamanda Azərbaycan Respublikası dövlətinin ABŞ və qərbin yanında olması; nümunə olaraq İrana məxsus 500 milyon dolların Azərbaycanda bloklanmasına işarə etmək olar.
-  Amerikanın göstərişi ilə və İranın maraqlarını nəzərə almadan İranı neft konsorsiumudan kənarlaşdırmaq
- Şiələr və dindarlara qarşı təzyiq və repressiya, bunun qarşısında isə vəhabilərə, nurçulara və qərb missionerlərinə meydan vermək
- Azərbaycan ölkəsində DAK və digər qurumlar adı altında anti-İran və anti-İnqilabçı ünsürlərin geniş fəaliyyətinə icazə vermək.
- Dövlətin fərmanı ilə Azərbaycaınn elmi və təhsil mərkəzlərində tarixi saxtalaşdırmaq və qeyri-elmi tarix uydurmaq.
Doktor Kəffaş hazırkı zamanda Azərbaycan dövlətinin rəftar və hərəkətinə qiymət verilməsi yönümündə izah verərək, iki ölkə başçılarının 2014-cü ilə birgə bəyanat imzalamalarına diqqət edilməsnin zəruriliyini vurğuladı. O əlavə etdi: “İki tərəfin bu bəyanatın maddələrində razılığa gəldiyi əsas mövzular: təhlükəsizlik, yaxşı qonşuluğu gözləmək, qarşılıqlı hörmət, müstəqilliyə və ərazi bütövlüyünə hörmət qoymaq oxu ətrafındadır. Lakin əməldə müşahidə olunan Azərbaycan dövlətinin düşməncəsinə hərəkətlərinin azalmaması, üstəlik hər gün artması və genişlənməsidir”.
Qafqaz məsələləri üzrə ekspert Azərbaycan və İran prezidentlərinin dostluq və əməkdaşlıq haqqında birgə bəyanatının maddələrinə, iki ölkə arasında təhlükəsizlik razılaşmasının imzalanmasını Azərbaycan dövlətinin əhəmiyyət verməməsinə və göz yummasının nümunələrini aşağıdakı kimi izah etdi:
- Azərbaycan dövləti tərəfindən düşməncəsinə hərəkətlərin bərkiməsi; aşkar nümunə olaraq 2014-cü ildə sionist rejiminə aid pilotsuz casusluq təyyarəsinin Azərbaycan ərazisindən qalxaraq ölkəmizin səmasına daxil olmasını göstərmək olar. Casusluq təyyarəsi ölkənin mərkəzində yerləşən Nətənz nüvə zənginləşdirmə təsisatlarına tərəf hərəkət edərkən İranın raket əleyhinə müdafiə sistemi tərəfindən vurulmuşdur.
- Uydurma və qeyri-düzgün tarix yazmaq, uydurma və təhrif olunmuş tarix kitabları nəşr etmək. O cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təqdimatları keçirilmiş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” və  "Nadir şah Әfşar: diplomatik yazışmalar" kitabları.
- Anti-İnqilab, milliyyətçi və separatçı ünsürlərin dəfələrlə İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında aksiya keçirmələri. Üstəlik, daxil və xaricdə konfranslar təşkil etmələri.
- İran İslam Respublikasının düşmənləri ilə hərtərəfli münasibətlərin genişlənməsi. Sionist rejimi və Səudiyyə Ərəbistanın bunun nümunələrindəndir.
- İran İslam Respublikası ilə siyasi münasibətlərin ölçüsünü məhdudlaşdırmaq. Buna nümunə olaraq səfirlik əməkdaşları, Televiziya-Radio Şirkətinin mədəni müzakirələri üçün məhdudiyyət yaratmağı, Təbriz-Bakı aviareysini ləğv etməsini göstərmək olar.
- Ötən il İran vətəndaşları üçün sadələşdirilmiş qaydada sərhədi keçmə haqqında memorandumu ləğv etmək. Halbuki, düşmən ölkələrin, o cümlədən sionist rejim və qərb ölkələrinin vətəndaşları üçün bu ölkənin aeroportlarında viza verilməsinə start verdi.
- Dindarlara qarşı repressiv hərəkət. Bu zəminədə Nardaran qəsəbəsinə hərbi hücum, şiə əzadarlarının geniş həbsi, Nardaranı blokadada saxlamaq, onların su, işıq və qazını kəsmək, dini mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoymaq, dini simvolların yığışdırılması, məhdudlaşdırıcı qanunlar.
Doktor Kəffaş çıxışının sonunda nəticə olaraq bildirdi ki, Azərbaycan dövləti İran İslam Respublikası ilə həqiqi və doğru münasibətlər qurmaq ardınca deyil və onun hərəkətləri daha çox taktiki və zamanlı xatakter daşıyır. Ekspert Azərbaycan Respublikasının dövlət başçılarına iki təklif verdi:
Birinci, İranda ümumi fikrin hislərini nəzərə alsınlar və öz ölkələrinin dindarları ilə uyğun münasibət yaratsınlar. İkinci, ruhaniyyət aparatı və şiə təqld mərcələri coğrafi sərhəd tanımır və bundan daha azad düşünürlər, ciddi surətdə Azərbaycan Resbublikasının hadisələrini izləyirlər və mütləq dindarların repressiyası qarşısında ciddi reaksiya göstərəcəklər.
Konfransda çıxış edən Qafqaz məsələləri üzrə ekspert Calal Məhəmmədi İran-Azərbaycan arasında narahatedici münasibətlərin olmasına görə təəssüf hissi keçirdiyini bildirərək dedi: “Çox təəssüflüdür ki, Bakı dövləti özünün düşmən hərəkətlərinə görə heç bir xərc ödəməyib və bu hərəkətlərin çoxu İran tərəfinin sükutu və cavab verməməsi ilə yanaşı olmuşdur”.
C. Məhəmmədi Bakı dövlətinin düşməncəsnə və qərəzli hərəkəti qarşısında susmuş və yumşaqlıq göstərmiş səlahiyyətli dövlət aparatlarını tənqid etdi və ölkənin diplomatik aparatlarından istədi ki, qarşı tərəfin niyyətini və ölkənin məsləhətini nəzərə almaqla Azərbaycan Respublikası ilə münasibətlərinə yenidən baxsın.
Konfransın sonunda çıxış edən siyasi elmlər üzrə müəllim doktor Cəmşidi Rad Bakı dövlətinin nifrətli və düşməncəsinə hərəkətləri qarşısnda ölkə siyasətçilərinin diplomatik təbəssüm və yumşaq siyasət göstərmələrini tənqid edərək artırıb: “Aydındır ki, ötən illərdə biz böyük qardaş rolunu ifa edə və siyasi hərəkatlarda sərt qərarlar tuta bilməmişik”.
Politoloq, Azərbaycan Respublikası ilə qarşılaşmaqda milli maraqların və milli təhlükəsizlik möqelərinin nəzərə alınmamasının təəssüf doğurduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2016 Feb 23
  • Göndərən مدير سايت Aran News