Arannews- sionist rejim hərbçiləri Qərb Sahilində Qəsa Zyab Əbülrəb adlı fələstinli bir gənci anti-sionist əməliyyata cəhd etmək bəhanəsi ilə güllələyərək, şəhid ediblər.
Bu fələstinli gənc, sionist rejim hərbçilərinin təcili yardım maşınına hadisə yerinə yaxınlaşmaq icazəsi vermədiyi üçün, qanaxma nəticəsində şəhid olub.
Əl-Əqsa Məscidinə edilən hörmətsizliklərə etiraz olaraq başlayan Qüds İntifazəsi artıq 5-ci aya daxil olub.
sionist hərbçiləri Qüds İntifazəsinin başlanmasından bəri 180 fələstinlini şəhid edib, çoxlu sayda fələstinlini də yaralayıb və həbs ediblər.
fələstinlilərin sionistlərin cinayətlərinə cavab olaraq həyata keçirdikləri əməliyyatların davamında bir fələstinli gənc soyuq silah ilə bir sionist hərbçisini işğal altında olan əl-Xəlil şəhərinin şərqində, Kəriyat Ərbə qəsəbəsində yaralayıb.
Bu məlumata görə, sionist hərbçiləri fələstinliyə tərəf atəş açıblar. Amma, indiyə kimi onun taleyi ilə bağlı dəqiq məlumat mövcud deyil.
Bəzi mənbələr də bildirirlər ki, sionist hərbçiləri bu fələstinli gənci yaraladıqdan sonra, onu həbs ediblər.
Ötən ilin oktyabr ayının əvvəllərindən indiyə kimi fələstinlilərin sionistlərə qarşı müqavimət əməliyyatları zamanı 32 sionist hərbçisi və sionist qəsəbə sakini məhv edilib, 300-dən artıq sionist isə yaralanıb.