İraqın müdafiə naziri, Ordu, xalq və kürd peşmərgə qüvvələrinin Mosulun azad olunması əməliyyatında iştirak etmək üçün hazır olduqlarını bildrib.
Arannews- İraqın müdafiə naziri bu ölkə qüvvələrinin şimalda Neynəva vilayətinin mərkəzi olan Mosulun azad olunması əməliyyatında iştirak etmək üçün hazır olduqlarını bildrib.İraqın müdafiə naziri Xalid əl-Übeydi bildirib: Mosulun azad olunması əməliyyatında iştirak etmək üçün ezam olunan qüvvələr hərbi təlim və silah-sursat baxımından tam hazırdırlar.
İraqın müdafiə naziri əlavə edib: Ordu, xalq və kürd peşmərgə qüvvələri müəyyənləşmiş bölgələrdə yerləşəcəklər. Zamanın müəyyənləşməsi ilə Mosulun terror qruplaşmalarından azad olunması əməliyyatında iştirak edəcəklər.