Arannews- Suriyanın Homs vilayətində 2 partlayış nəticəsində onlarla nəfər şəhid olub.
Homs şəhərinin Əl-Zəhra məntəqəsində bir avtobusun hərəkəti yolunda iki partlayışın törədilməsi nəticəsində ən azı 46 suriyalı şəhid olub, təxminən 30 nəfər də yaralanıb.
Digər tərəfdən əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının Hələb şəhərinin əl-Şeyx Maqsud məhəlləsinə hücumlarında ən azı 6 sivil şəhid olub, 70 nəfər də yaralanıb.
Türkiyə ordusunun Suriyanın şimal kəndlərinə davam edən hücumları Hələbin Həmmam kəndində 3 sivilin yaralaması ilə nəticələnib. Türkiyə açıq-aşkar şəkildə Hələbin ətrafında nəzərdə tutduğu terror qruplaşmalarının ağır və davamlı məğlubiyyətlərini nəzərə alaraq Suriyanın xalq kürd qüvvələrinin mövqelərini atəşə tutur.