Tarix : 2016 Feb 22
Kod 47991

Səudiyyəli hərbçilər Suriyada quru müdaxilə üçün acizdilər

Səudiyyəli hərbi komandanlar Ərəbistan qüvvələrinin Suriyaya ezamı barəsində xəbərdarlıq edərək, bunun Ərəbistnaın milli stabilliyinə zərbə vuracağını və təhlükəli nəticələrə səbəb olacağını bildirərək Suriyada...
Arannews- Bir qrup səudiyyəli komandan Ərəbistan vəliəhdinə ünvanladığı məktubda Suriyada quru müdaxilə üçün səudiyyəli hərbçilərin acizliyin bildirib.
ictimai şəbəkələr Ərəbistanın bəzi hərbi komandanlarının bu ölkə vəliəhdi Məhəmməd Bin Naifə ünvanlanan mətkubunu yayımlayıblar. Səudiyyəli yüksək səviyyəli komandanlar bu məktubda Suriyada quru müdaxilə gücünün olmadığını bildiriblər.
Səudiyyəli hərbi komandanlar bu məktubda Ərəbistan qüvvələrinin Suriyaya ezamı barəsində xəbərdarlıq edərək, bunun Ərəbistnaın milli stabilliyinə zərbə vuracağını və təhlükəli nəticələrə səbəb olacağını bildirərək Suriyada hərbi müdaxilə üçün Ali-Səud rejimini daha çox araşdırma aparmasını istəyiblər.
Həmçinin bu məktubda bildirilir: Ərəbistanın Yəməndə əməliyyatı da quru qüvvələrin tapşırılan vəzifəni yerinə yetirməkdə etdiyi səhlənkarlıq məğlubiyyətlə nəticələnmişdir.
Bu məktub mayordan tutmuş generala qədər 10 hərbi komandan tərəfindən imzalanmışdır.
Ərəbistan dairələri bundan öncə Yəmənə təcavüzün davam etməsi və Suriyada quru müdaxilə barədə Səudiyyə krallığının ixtilaflarının odluğunu bildirmişdilər.
Suriya xarici işlər naziri Vəlid əl-Müəllim də bir neçə gün öncə xəbərdarlıq etmişdi ki, Suriyaya təcavüz edənlər ağır cavabı alacaqlar.
Suriya ordusu və müttəfiqlərinin terrorçularla toqquşmada qələbələri, bu ölkə proseslərini həssas və həlledici mərhələyə çatdırmışdır. Və bu qələbələr terrorizmi himayə edənlər, xüsusilə də Ərəbistan və Türkiyənin terrorçuları dəstəkləmək üçün Suriyaya quru qoşunun yeridilməsinin mümkünlüyündən söz açıblar.


  • Yazılıb
  • da (də) 2016 Feb 22
  • Göndərən مدير سايت Aran News