Tarix : 2016 Feb 22
Kod 47992

Avropada İŞİD-in 5 mindən çox təlim görmüş üzvi var

“Beş mindən çox avropalı gənc Yaxın Şərqdəki terror düşərgələrində təlim alıb və bunların böyük hissəsi Avropaya qayıdıb. Terrorçular terror aktlarını həm qrup şəklində, həm də fərdi olaraq sivil vətəndaşların qətliamı hədəfi ilə həyata keçirə bilərlər”
Arannews- “Europol”un direktoru Rob Veynrayt bildirib ki, Avropada hazırda  İŞİD terror qruplaşmasının 5 min təlim görmüş üzvi var. 
Terrorçuların Yaxın Şərq ölkələrində döyüşdüyünə və döyüş təlimi almasına diqqət çəkən “Europol”un direktorunun sözlərinə görə, Avropa son 10 ilin ən böyük təhdidi ilə qarşı-qarşıyadır.
“Beş mindən çox avropalı gənc Yaxın Şərqdəki terror düşərgələrində təlim alıb və bunların böyük hissəsi Avropaya qayıdıb. Terrorçular terror aktlarını həm qrup şəklində, həm də fərdi olaraq sivil vətəndaşların qətliamı hədəfi ilə həyata keçirə bilərlər”, - Rob Veynrayt narahatlığını dilə gətirib.
Rob Veynrayt vurğulayıb: Baxmayaraq ki, əlimizdə terrorçuların qaçqınların arasında soxularaq Avropa ölkələrinə girməsinə qəti dəlilimiz yoxdur, amma Avropa ölkələri hazırda kamilən yeni bir problemlə üz-üzədirlər.


  • Yazılıb
  • da (də) 2016 Feb 22
  • Göndərən مدير سايت Aran News