Tarix : 2016 Feb 23
Kod 47993

Xocalı soyqırımı ilə bağlı Avropaya müraciət edildi

Avropa Azərbaycanlıları Xocalıda törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair Avropa Parlamentinə müraciət göndərib.


AranNews-
Avropa Azərbaycanlıları Konqresi (AAK) “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli”nə dair Avropa Parlamentinin İnsan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya müraciət göndərib.

Müraciətdə Avropa Parlamentindən Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirməsi, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım aktını müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirməsi, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilir. Bundan başqa, soyqırımın beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.
Qeyd edək ki, AAK Xocalı soyqırımını daha geniş kütlələrə çatdırmaq məqsədilə facebook sosial şəbəkəsində soyqırıma həsr olunan səhifə yaradıb.
  • Yazılıb
  • da (də) 2016 Feb 23
  • Göndərən مدير سايت Aran News