Poniçala rayonunda yaşiyan Azərbaycanlilar etiraz aksiyası keçirilib.
AranNews- Gürcüstanin Poniçala rayonunda yaşiyan Azərbaycanlilar etiraz aksiyası keçirilib.
Səbəb 3 gün bundan öncə qaçırılan azərbaycanlı qızın - 17 yaşlı Samirə Bayramovanın tapılaraq ailəsinə təhvil verilməsi və cinayətkarın məsuliyyətə cəlb edilməsi istiqamətində polisin məsuliyyətsizliyidir.
Samirənin qohumları və kənd sakinləri etiraz əlaməti olaraq Tibilisi-Rustavi avtomagistralını bağlayıblar. Aksiyanı dağıtmaq üçün əraziyə asayiş keşikçiləri cəlb edilib. Bu zaman nümayiş iştirakçıları ilə polis qüvvələri arasında qarşıdurma yaşanıb. Fəallar hüquq mühafizə orqanlarının lazımi tədbirlər görməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.