Tarix : 2016 Feb 23
Kod 47996

İlham Əliyev bu gün İrana gəlir

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.
AranNews- Azərbaycan Prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir.
İranın Azərbaycandakı səfiri, Möhsün Pakayin Azərbaycan Prezidenti, İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.
İran və Azərbaycan Prezidentləri bundan əvvəl artıq dörd dəfə görüşüblər.
Qeyd etmək lazimdir ki, İlham Əliyevin 2014-cü ilin aprelində İran İslam Respublikasına, həm də cənab Həsən Ruhaninin həmin ilin noyabrında Azərbaycana rəsmi səfərləri zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin bütün aspektləri üzrə müzakirələr aparılmış, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanmışdır.
  • Yazılıb
  • da (də) 2016 Feb 23
  • Göndərən مدير سايت Aran News