Tarix : 2016 Feb 23
Kod 47999

Bəhreynli ruhani sürgün edildi

Bəhreynli ruhani, bu ölkənin Alimlər Şurasının üzvi Şeyx Məhəmməd Xocəstə Livana sürgün edilib.
AranNews- alimlər, dini, siyasi və ictimai fəalların etirazlarına baxmayaraq Bəhreynli ruhaninin sürgünə göndərilməsi hökmü icra olunub və O, Livana sürgün edilib.
Şeyx Məhəmməd Xocəstə Livanın paytaxtı Beyruta sürgün edilib.
Qeyd edək ki, bir müddət öncə Bəhreyn rejim məhkəməsi ruhani Şeyx Məhəmməd Xocəstənin vətəndaşlıqdan məhrum edilməsi və ölkədən sürgün edilməsinə dair qərar qəbul etmişdi.
Bəhreyn Ruhaniləri Şeyx Məhəmməd Xocəstənin sürgün edilməsinə etiraz əlaməti olaraq bəyanat veriblər.
Ali Xəlifə rejimi son bir neçə ildə xalq hərakatının qarşısında aciz qaldığı üçün Bəhreynin mübariz insanlarını xüsusi ilə şiələri ölkə vətəndaşlıqdan çıxardır və onların əvəzinə digər ölkələrdən fərqli inanc və düşüncə sahiblərini Bəhreyn vətəndaşlığına qəbul edir.
Xatırladaq ki, indiyədək Ali Xəlifə rejimi 350 nəfəri vətəndaşlıqdan məhrum edib ki, onlardan 13 nəfəri alim və ruhanidir.  Vətəndaşlıqdan çıxarılan bəzi ruhanilər digər ölkələrə sürgün edilib.
  • Yazılıb
  • da (də) 2016 Feb 23
  • Göndərən مدير سايت Aran News