Azərbaycan Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan «Day.az» saytının verdiyi xəbərə görə, bu zaman Azərbaycanda hər adambaşına düşən xarici borcun məbləği 300,9 dollara bərabər olmuşdur
  Azerbaijan Servisi/Aran Agentliyi
2008-ci ilin 1 aprel tarixinə Azərbaycanın xarici borcunun məbləği 2 milyard 596,5 milyon ABŞ dolları, yəni ölkənin ümumdaxili məhsulunun (ÜDM) 6,4%-ni təşkil etmişdir
 Azərbaycan Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan «Day.az» saytının verdiyi xəbərə görə, bu zaman Azərbaycanda hər adambaşına düşən xarici borcun məbləği 300,9 dollara bərabər olmuşdur.
 
     Daha sonra bildirildiyinə görə, 2008-ci ilin ilk 3 ayı ərzində 32 milyon dollar həcmində cəlb edilmiş kreditlərdən istifadə olunmuşdur.
 
     Bu zaman, qeyd olunmuş dövrdə xarici borca xidmət üzrə xərclər 40,7 milyon dollara bərabər olmuşdur ki, bu da: əsas borc üzrə – 33,8 milyon dollardan, kredit faizləri üzrə – 6,9 milyon dollardan ibarət olmuşdur. O cümlədən, xarici borca xidmət üzrə xərclərin 14,3 milyon dolları büdcə hesabına, 10,2 milyon dolları isə Beynəlxalq Valyuta Fonduna əsas borcun qaytarılması hesabına ödənmişdir. 
 
     Beləliklə, Azərbaycanın xarici borcunun strukturu aşağıdakı kimidir:
 
     1. İqtisadi islahatlar üçün alınmış kreditlər – 377,7 milyon dollar (ümumi kredit məbləğindəki xüsusi çəkisi – 14,5%-dir).
 
     O cümlədən:
 
     - Beynəlxalq Valyuta Fondu üzrə – 94,3 milyon dollar (ümumi kredit məbləğindəki xüsusi çəkisi – 3,6%)
 
     - Dünya Bankı üzrə – 283,4 milyon dollar (ümumi kredit məbləğindəki xüsusi çəkisi – 10,9%). 
 
     2. İnvestisiya layihələri üçün kreditlər – 2.218,8 milyon dollar (ümumi kredit məbləğindəki xüsusi çəkisi – 85,5%-dir).
 
     O cümlədən:
 
     - Elektrik enerjisi sektoruna – 945,7 milyon dollar (ümumi kredit məbləğindəki xüsusi çəkisi – 36,4%);
 
     - Kənd təsərrüfatı və meliorasiya sahəsinə – 200,4 milyon dollar (7,7%);
 
     - Yol tikintisi və nəqliyyat sferasına – 471 milyon dollar (18,1%);
 
     - Kimya sənayesinə – 41,2 milyon dollar (1,6%);
 
     - Neft-qaz sektoruna – 170,7 milyon dollar (6,6%);
 
     - İşğaldan azad edilmiş torpaqların yenidən qurulmasına – 56,3 milyon dollar (2,2%);
 
     - Sosial sferaya– 189,8 milyon dollar (7,3%);
 
     - Digər sahələrə – 143,7 milyon dollar (5,6%).