AranNews- Yeni bir araşdırmanın nəticəsinə görə, Səudiyyə Ərəbistan dünyada ikinci ən böyük silah idxalatçısıdır.
Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu bazar ertəsi günü yeni bir araşdırmanın nəticələrini açıqlayıb. Bu araşdırmaya görə, Hindistan, Səudiyyıə Ərəbistan, Çin və BƏƏ dünyada ən çox silah idxal edən ölkərdirlər.
Məlumata görə, 2011-ci -2015-ci illər ərzində silah idxal və ixracının həcmi göstərir ki, bu illər ərzində silah alış-verişi 2006-2011-ci illərlə müqayisədə 14 faiz artıb.
Dünya ölkələri arasında ən çox silah satan ölkələr Amerika və Rusiyadır.
Məlumatda bildirilir ki, təkcə Səudiyyə Ərəbistan 2011-2015-ci illər ərzində Amerikanın satdığı silahın 41 faizini alıb. Amerika dünyanın 90 ölkəsinə silah satır. Qeyd olunan vaxtda Amerika ən az 600 ədəd F-35 tipli qırıcı təyyarə sifarişi alıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın Yəmənə təcavüzü ötən ilin mart ayından başlayıb. Səudiyyə rejimi Yəmənə təcavüzündə dinc sakinlərə qarşı Amerika və Avropanın ən qabaqcıl silahlarından istifadə edir. Bu təcavüz nəticəsində 8000 dən çox yəmənli həlak olub, 14 min nəfər isə yaralanıb.