Rusiya Suriyadan sonra Ər-Riyad və Tehran arasında müharibəyə çevrilən Yəmənə girməyə hazırlaşır.
AranNews- Ali lider Ayətullah Xameneyinin müşaviri, Əli Əkbər Vilayəti Rusiyanın dəstəyi ilə Yəmənə müdaxilə edəcəklərini bildirib. İki ölkənin hədəfində Livan da var.
Əli Əkbər Vilayəti Rusiya ilə əməkdaşlığa davam edəcəklərini deyib. "Əl-Arabiya" xəbər saytının xəbərinə görə, İranlı Jurnalistlər Klubu Agentliyinə açıqlama verən Vilayəti, "İran və Rusiya arasında daha əvvəl görünməmiş bir əməkdaşlıq var. Bu əməkdaşlıq təkcə Suriya ilə məhdud qalmayacaq, İraq, Livan və Yəməndə də davam edəcək" söyləyib.
Vilayəti Rusiyanın Əsədin devrilməməsi üçün apardığı hava hücumlarını da müdafiə edib.