Thursday, 07 November 2024 -
far
azr
tur
rus
Qafqaz bölgəsi ilə bağlı son xəbərlər, təhlillər və məqalələr
Siyasət və beynəlxalq münasibətlər
Konfranslar və görüşlər
Mədəniyyət və Cəmiyyət
İqtisadiyyat
İdman
Ana səhifə
Arxiv
Dünya
İran
Cənubi Qafqaz
Azərbaycan
Azərbaycan
Qarabağ
Naxçıvan
Gürcüstan
Ermənistan
Şimali Qafqaz
Dağıstan
Çeçenistan
inquş
Balkar Kabardyanv
Cranberry Çay Charkas
Adige
Şimali Osetiya
Rusiya
Türkiyə
Xəzər
İslam
İslam tarixi və mədəniyyəti
Şəxsiyyətlər
Hicab
Ailə
Əhkam
İslam Peyğəmbəri (s) və imamların (ə) həyatı
Dağliq Qarabaq
Müsahibələr
Təhlil
Nəşrlər
Newsletter
Xüsusiyyətlər
kitabxana
Haqqımızda
Əlaqə
Məqalə
Tarix :
2016 Feb 24
Kod
48003
Short Link
:
Ayətullah Xamenei: “Azərbaycan xalqının şiə və islami inancları dəyərli sərmayədir”
Ali məqamli rəhbər, Ayətullah Seyid Əli Xamenei Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüblər.görüşdə İran prezidenti Həsən Ruhani də iştirak edib.
AranNews-
Ayətullah Xamenei bu gün Azərbaycan prezidenti, İlham Əliyevlə görüşdə İran və Azərbaycan arasında yaxşı siyasi əlaqələrin və çoxlu ortaqlıqların olduğunu xüsusi ilə iki xalqın dini və məzhəb ortaqlığının olduğunu bildirib.
Ayətullah Xamenei görüşdə bildirib ki, İslam Respublikası Azərbaycan xalqını özünə dost və qonşudan daha yaxın qardaş hesab edir. “Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir. Iki xalqın qarşılıqlı səmimi münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və ticari dövriyyənin artmasına səbəb olmalıdır”.
Ali rəhbər İran və Azərbaycan xalqlarının məzhəb bağlarının olduğunu vurğulayıb və bildirib ki, Azərbaycan xalqının şiə və islami inancları dəyərli sərmayədir. “Hökumət xalqın bu dini inancı və ayinlərinə hər nə qədər hörmət edərsə bir o qədər bəzi hegemonların düşmənçiliyi qarşısında xalqın hökumətə dəstəyini və onların düşmənçiliyi qarşısında müqavimətini görəcək.”
Təkfirçi qrupların xalqlar arasında fitnələrinin qarşısını islami fəaliyyətlərin gücləndirilməsi ilə almağın mümkinliyini vurğulayan Ayətullah Xamenei bildirib ki, Azərbaycan bölgəsi dini baxımdan əsaslı köklərə dayanır. “Azərbaycan böyük İslam Alimlərinin vətənidir. Azərbaycan xalqı da oyaq xalqdır. Hökumətin onlara dini fəaliyyətlərdə yardımı və alqışlaması onların ürəklərini qazanmaq üçün çox təsirlidir.”
Ayətullah Xamenei Azərbaycan prezidentinin iki ölkə əleyhinə olan əksər təhlükələrin mənbəyinin eyni olduğuna dair sözlərinə toxunaraq bildirib ki, İslam maarifi və şiəçiliyi yaymaq təhlükələr və problemlər qarşısında Allahın yardımını və Əhli-Beytin (ə) diqqətini qazanmağa səbəb olacaq. “İslami maarifinin yayılması və dini ayinlər və rituallara hörmət etmək təhlükələr qarşısında ictimai rəyin formalaşmasına və xalqın dəstəyinə səbəb olur.”
Yazılıb
da (də)
2016 Feb 24
Göndərən
مدير سايت Aran News
Açar sözlər
arannews
İlham Əliyev
Ayətullah Xamenei
GÖRÜŞ
Azərbaycan Prezidenti
Azərbaycan xalqı
Tehran səfəri