İslam cəmiyyətinin həmişə əziyyət çəkdiyi ictimai-siyasi problemlərdən biri xüsusi zamanda, siyasi durumda ortaya çıxan fitnə, fitnəkarlıq olub. Azərbaycan xalqida bundan istisna deyil.
AranNews- Ey əziz Azərbaycanın din alimləri, fəalları, ziyalıları! Ey həqiqət ardınca olan müsəlman xalq, Əhli-beyt (ə) aşiqləri! Ölkə başçılarının İslam düşmənləri ilə birlikdə yaratdığı fitnənin dərinliyini görün, ictimai fikri doğru istiqamətləndirmək üçün ilahi vəzifə olaraq haqqı bəyan edin.
Bismillahir-rəhmanir-rəhim
Dedilər ki, biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə düçar etmə! (Yunis surəsi, ayə 85)
İslam cəmiyyətinin həmişə əziyyət çəkdiyi ictimai-siyasi problemlərdən biri xüsusi zamanda, siyasi durumda ortaya çıxan fitnə, fitnəkarlıq olub. Azərbaycan xalqida bundan istisna deyil.
Quranda fitnə sözü sınaq, azğınlıq, ağır çətinlik, küfür, qətl, əzab mənalarında işlədilmişdir. Bu gün müsəlmanların rastlaşdığı problemləri nəzərə alaraq, düşmən tərəfindən yaradılan azğınlıq və çətinliklər haqqında danışırıq.
İmam Əlinin (ə) buyuruqlarından öyrənirik ki, fitnə izlənilən azğın istəklər, bidət simasında ortaya çıxan hökmlərdir. Bu fitnə və hökmlərdə Allah kitabına müxalifət var. Bir qrup insan başqa bir qrup insana Allah dinindən başqa yola yönəldir və bu yolda yardım göstərir. Əgər batil haqqa qatışmasaydı, haqq yol axataranlar asanlıqla yolu tapardı. Bu vəziyyətdə düşmən də ondan əl çəkərdi. Amma səhnədəki yarı haqq, yarı batl qarışığıdır. Belə bir şəraitdə şeytan öz dostlarına hakimdir. Yalnız Allahın lütfü sayəsində qurtulmaq olur. (Nəhcül-bəlağə, xütbə 50)
Demək, İslamda ictimai-siyasi anlamda fitnənin islahının digər bir rəngi var.Həzrət fitnə deyəndə ictimai-siyasi hadisə nəzərdə tutur. Bu fitnə İslam cəmiyyətində təlatüm yaradır, aldadıcı bir durum ortaya çıxır. Əmirəlmömininin (ə) buyuruqlarından aydın olur ki, fitnə ictimai-siyasi bir fənddir. Fitnə haqqın batillə qarışmasından, batilin haqq libasında ortaya çıxmasından, xalqı aldatmaqla çirkin məqsədlərə nail olmaq istəyindən ibarətdir.
Aldadıcı işlər nəticədə nadanlar və tamahkarlar fitnəyə uyur, işıqlı düşüncəyə malik insanlar səhnəni tərk edir, sonda fitnəkarlar öz çirkin məqsədlərinə çatırlar.
Həzrət Əlinin (ə) nəzərincə, fitnənin ərsəyə gəlmə zəminlərindən biri din düşmənlərinin fitnəkarlığıdır. Onlar öz əlaltıları vasitəsilə təxribat yaradır, yalan təbliğat aparır, cəmiyyətdən sui-istifadə edir, psixoloji hücumlarla möminlər arasında təfriqə yaradırlar.
Nəzərə alaq ki, fitnəkarların hədəfi mömin insanlar və İslam cameəsinin vəhdətidir. Onlar informasiya şəbəkələrinin imkanlarından və əlaltılarından faydalanaraq şübhələr, yalanlar, qorxu və nigarançılıqlarla müsəlmanlar arasında təfriqə yaradır. Müxtəsər şəkildə zəif nöqtətələr, təsirli amillər və müqavimət yollarını nəzərdən keçirək:
a)Fitnələrin təsir mənşəsi dostu düşməndən seçə bilməmək, düşmənin planlarından xəbərsizlik, dünya və məqam sevgisi, düşmənin puç hədələrindən qorxu kimi zəminlərdir;
b)Alimlər və mütəxəssislərin göstərişlərindən bəhrələnib agah olmaq, düzgün və sistemli mübarizə yolunu tanımaq kənarında dini mənbələrdə yetərli tövsiyələr var:
-İslam Peyğəmbəri (s) buyurur: Xoş halına o ixlaslı insanların ki, onlar hidayət çırağıdır və fitnə qaranlıqlarını işıqlandırır.
-Həzrət Əli (ə) buyurur: Kim təqvalı olsa, Allah ona fitnələrdən qurtuluş yolunu göstərər, onu qaranlıqdan işığa çıxarar.
-Həzrət Əli (ə) buyurur: Ey insanlar, fitnə dalğalarını qurtuluş gəmiləri ilə yarın!
c)Allaha təvəkkül, Ondan yardım istəmək, varlıq aləminin yaradıcısına sığınmaq Quran və Əhli-beytin (ə) göstərişlərindəndir. Məqalənin başlanğıcındakı ayəni İmam Baqir (ə) və İmam Sadiq (ə) belə təfsir edir: Pərvərdigara, zalımları bizə hakim etmə ki, onları bizə qarşı fitnə yaradanlar qərar verəsən...
d)Allah-Taala fitnə yaradanları çətinliyə salar.
Həzrət Əli buyurur (ə): Kim fitnə alovu şölələndirsə, özü onun çırpısı olar.
Həzrət Peyğəmbər (s) buyurur: Axirəzzəmanın fitnəsindən pərişan olmayın, bu fitnə münafiqləri məhv edər.
Ey əziz Azərbaycanın din alimləri, fəalları, ziyalıları! Ey həqiqət ardınca olan müsəlman xalq, Əhli-beyt (ə) aşiqləri! İkinci yazıda mən də ölkəmizə ürəyi yanan aşiqlərdən biri kimi SƏLƏFİ-İSRAİL fitnəsi mövzusunda fikirlərimi dəqiq şəkildə nəzərinizə çatdıracağam.