Suriya Xarici İşlər Nazirliyi: "İŞİD, Nusra Cəbhəsi və bunlarla əlaqəli digər terror təşkilatlarına qarşı əməliyyatlara son qoyulmayacağ"
Arannews- Suriya hökuməti Rusiya və ABŞ arasında nail olunan atəşkəs sazişi çərçivəsində əməliyyatları dayandırmağı qəbul edib.
Suriya Xarici İşlər Nazirliyi, İŞİD və Nusra Cəbhəsi və bunlarla əlaqəli digər terror təşkilatlarına qarşı əməliyyatlara son qoyulmayacağı bildirilib.
Terror təşkilatlarının atəşkəsdən istifadə edərək, genişlənməməli olduğuna diqqət çəkən Suriya XİN-i, belə bir vəziyyətdə atəşkəsin zərər görəcəyini vurğulayıb. Açıqlamada, silahlı qrupların əsgərlərə və ya mülki vətəndaşlara qarşı hər cür hücumuna cavab veriləcəyi ifadə olunub.