Tarix : 2016 Feb 25
Kod 48012

Türkiyədə partlayış törədən şəxsin milliyyəti bəlli olub

Türkiyədə paytaxtı Ankarada terror aktı törədən şəxsin "DNA" testləri zamanı həmin şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.
Arannews- Ankarada baş verən və 29 nəfərin ölümü ilə nəticələnən partlayışı törədən şəxsin milliyyəti bəlli olub.
Türkiyənin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu ölkənin paytaxtı Ankarada terror aktı törədən şəxsin "DNA" testləri zamanı həmin şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.
terror aktını törədən şəxsin DNA testi nəticəsində həmin şəxsin kimliyi müəyyən edilib. Bu şəxs Abdulbaki Sumer adlı bir Türkiyə vətəndaşı imiş.
Ankaranın mərkəzində bomba quraşdırılmış bir avtomobil ilə törədilən dəhşətli partlayış zamanı 29 nəfər həyatını itirmiş, 60 nəfər isə yaralanmışdı.
Bu hadisənin ardınca Abdulbaki Sumerin atası Musa Sumer canlı bombanın oğlu olduğunu bildirmiş və bunun ardınca hər iki şəxsdən alınan nümunələr üzrə aparılan DNA testləri qarşılaşdırılmışdır. Beləliklə canlı bombanın Abdulbaki Sumer olduğu qətiləşmişdir. Türkiyə rəsmiləri bundan öncə hadisəni törədən şəxsin Saleh Nəccar adlı Suriya vətəndaşı olduğunu bildirmişdilər.
Beləliklə,  Türkiyənin baş naziri Əhməd Davudoğlunun "Terroru Suriya vətəndaşı YPG üzvü Salih Nəccar törətdi" açıqllaması təsdiqini tapmamış olub. 
Qeyd edək ki, kürdlərə aid TAK qruplaşması terrora görə məsuliyyəti öz üzərinə götürmüş və terror aktını bu qruplaşmanın üzvü olan Abdülbaki Söner adlı şəxsin törətdiyini bildirmişdi. Onu da qeyd edək ki, Musa Söner bir neçə gün öncə terroru oğlu Abdülbaki Söner törətdiyini açıqlamışdı.

  • Yazılıb
  • da (də) 2016 Feb 25
  • Göndərən مدير سايت Aran News