Tarix : 2016 Feb 25
Kod 48013

Londonda anti-sionism hərkətlər

london metrosunda asılan afişaların üzərində sionist israil rejim əleyhinə müxtəlif şüarlar yazılıb, xüsusi ilə...
Arannews- London metrosunda asılan afişaların üzərində sionist rejim əleyhinə müxtəlif şüarlar yazılıb, xüsusi ilə də “Aparteid böyüyür” şüarı hamının diqqətini çəkir. Metroda 500-dən çox qatarın üzərində quraşdırılan bu afişaları 4 milyondan çox sərnişin görüb. 
Afişaların üzərində həmçinin İngiltərənin “J4S” təhlükəsizlik  təşkilatının və BBC-nin işğal olunmuş Fələstin ərazilərində  fələstinlilərin ölümü ilə bağlı məqsəd yönlü xəbərlərini tənqid edən şüarlar da yazılıb. Bundan başqa afişaların üzərində İsrail rejiminin 2014-cü ildə Qəzzaya hücumları pislənilib.
İsrailin aparteid  rejimi əleyhinə  qeyd olunan bu  həftə Tel-Əviv rejiminin Qərb sahilində qanunsuz qəsəbə siyasətlərinə etiraz məqsədi ilə keçirilir. Bu etiraz həftəsi  2005-ci ildən dünyanın müxtəlif  ölkələrində təşkil olunur. İnsanlar  sionist rejiminin  Fələstin  xalqına qarşı törətdiyi cinayətləri pisləyirlər. 
İnsan haqları təşkilatlarının məlumatına görə, sionist rejimi 2005-ci ildən indiyədək Fələstinin 400 hektar ərazisini  güclə işğal edib və sionistlər üçün qəsəbə tikib.  BMT-nin məlumatına görə, işğalçı sionist rejiminin  bu siyasətləri nəticəsində minlərlə fələstinli evlərindən didərgin düşüb. Metrodakı afişaların da üzərində sionist rejiminin 2014-cü ildə hücumları nəticəsində 2 min fələstinlinin öldürüldüyü qeyd olunur ki, onların 70 faizi sivil və mülki vətəndaşlar olmuşdur.  
Londonun “nəqliyyat təşkilatı”nın sözçüsü deyib ki, metro vaqonlarındakı bu təbliğat afişaları qanunsuz və icazəsiz olaraq vurulub və buna görə də yığışdırılması üçün lazımlı göstərişlər verilmişdir.


  • Yazılıb
  • da (də) 2016 Feb 25
  • Göndərən مدير سايت Aran News