CHP sözçüsü: "Bölgədə heç kim Türkiyəni ciddiyə almır, AK Partiya üçün yalnız öz maraqları var, ölkənin maraqları yoxdur".
AranNews- Türkiyə prezidenti, Tayyib Ərdoğan Prezident Sarayında muxtarlarla görüşdə etdiyi çıxış səs-küy yaradıb. Belə ki, Suriyadakı atəşkəsə toxunan Ərdoğan, atəşkəsin müsbət olduğunu deyib və "Həm DAEŞ-in, həm hökumətin, həm də YPG-nin hədəfi bir-biriləri ilə deyil, Suriya xalqının həqiqi təmsilçisi olan müxalifətçilərdir. Əl-Nusra DAİŞ-ə qarşı vuruşur, amma ona da pis deyirlər. Ona niyə pis deyirsiniz? Çünki hadisə fərqlidir. Nusranın mövqeyi fərqli olduğu üçün pis terrorçu olur" söyləyib.
Ərdoğanın bu sözləri rəsmi "Anadolu" Agentliyinin mətnindən çıxarılıb. Bir çox hökumətyönlü internet saytı və qəzetləri də Ərdoğanın bu sözlərini görməzliyə vurub.
Ərdoğanın bu sözlərinə ana müxalifət partiyası olan CHP-dən sərt açıqlama gəlib. CHP sözçüsü Selin Sayek Böke Ərdoğanın sözlərini tənqid edərək, onun birbaşa Əl-Qaidə terror təşkilatının Suriya qolu olan Əl-Nusra terrorçularını dəstəklədiyini söyləyib: "Atəşkəs üfüqdə görünür. Türkiyə bu mənzərənin içində yoxdur. Bölgədə heç kim Türkiyəni ciddiyə almır. AK Partiya üçün yalnız öz maraqları var, ölkənin maraqları yoxdur. Prezidenti Əl-Qaidənin davamçısı olan terrorçu Əl-Nusranı açıq şəkildə müdafiə etdi".
Qeyd edək ki, Əl-Nusra terror təşkilatı Suriya böhranı yaranan gündən İŞİD terrorçuları kimi bölgədə terror aktları törədir, dinc sakinləri qətliam edirlər. Bəzi vaxtlar isə görüntü yaratmaq xatirinə bir-birinə güllə atırlar.