Tarix : 2016 Feb 26
Kod 48018

“Məhəmməd Rəsulullah (s)” filmi Azərbaycanda nümayiş olunacaq

“Məhəmməd Rəsulullah (s)” filmi yaxın 2 ay ərzində Azərbaycanda nümayiş olunacaq.
AranNews- Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi yaxın 2 ay ərzində Azərbaycanda nümayiş olunacaq.
Bunu açıqlamasında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.
İ.İbrahimi deyib ki, hazırda Azərabycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsi ilə “Məhəmməd Rəsulullah (s)” filminin Azərbaycanın müxtəlif şəhərlərində o cümlədən Bakı, Gəncə, Masallı, Lənkəran və digər şəhərlərin kino zallarında nümayişi ilə bağlı danışıqlar aparırıq”.
O deyib ki, düşünürəm ki, “Məhəmməd Rəsulullah (s)” filmi Azərbaycan tamaşaçılarının böyük rəğbətini qazanacaq. "Çalışırıq ki, yaxın 2-3 ay ərzində filmin Azərbaycanda təqdimatını keçirək. Filmin rejissoru Məcid Məcidi ilə də danışıqlar aparmışıq və Məcidi özü filmin təqdimatında iştirak etmək üçün Azərbaycana səfər edəcək”.
  • Yazılıb
  • da (də) 2016 Feb 26
  • Göndərən مدير سايت Aran News