Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei, Parlament və Xobreqan Ekspertlər Şurası seçkilərində səs Verdi.
AranNews- Bu gün səhər Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei ölkədə keçirilən İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası seçkilərində səs verib. Ayətullah Xamenei səhər seçkilərin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə gələrək, orada quraşdırılmış 110 saylı qutuya səsini atıb. Səsvermədən sonra Ayətullah Xamenei jurnalistlərə bildirib ki, seçkilərdə iştirak etmək bizim hamımızın borcu və haqqıdır. “Hamı seçkilərdə iştirak etsin, İran İslam Respublikasını sevən hər kəs, İranı və milli qürur və böyüklüyü sevən hər kəs bu seçkilərdə iştirak edib, səs versiin”.Ayətullah Xamenei bildirib ki, bizim düşmənlərimiz var və onlar bu seçkilərə tamah salıblar, seçkilərdə elə iştirak etməliyik ki, onlar naümid olsunlar.Diqqətli olun və açıq gözlə səs verin. İranda Xobreqan Ekspertlər Şurası və İslami Şura Məclisi (parlament) seçkiləri bu gün - cümə günü yerli vaxtla saat 8-də başlayıb və 18-dək davam edəcək. Səsvermə başa çatdıqdan dərhal sonra səslərin hesablanmasına başlanacaq.İranın 80 milyonluq əhalisinin 67,5 faizi - 54 milyon 915 min 24 nəfər səsvermə hüququna malikdir. Parlament seçkilərində 4844 namizəd rəqabət aparacaq.