BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi bildirib ki, cümə günü Suriyada atəşkəs başlanır.
Atəşkəs üzrə xüsusi iş qrupu və Suriyanı himayə qrupunun yeni iclası da cümə günü Cenevrədə keçiriləcək.
Arannews- BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura cümə axşamı günü Cenevrədə müxbirlərə deyib ki, cümə günü gecə yarısından döyüşlər atəşkəsin bərqərarı ilə dayandırılacaq və cümə günü Suriya xalqı üçün müstəsna bir gündür.
Di Mistura vurğulayıb: Atəşkəs üzrə xüsusi iş qrupu və Suriyanı himayə qrupunun yeni iclası da cümə günü Cenevrədə keçiriləcək.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi sonra qeyd edib ki, iclasdan və Suriya böhranının siyasi həlli bağlı dəyişikliklər barədə hesabatın Təhlükəsizlik Şurasına təqdimindən sonra müzakirələrin bərpası vaxtını elan edəcək.
Qərar üzrə Rusiya və Amerikanın razılaşdıqları atəşkəs cümə günü başlamalıdır və bu atəşkəs İŞİD və Cibhətunnusrə kimi terrorçu-təkfirçi qruplara şamil olmur.
Suriya dövləti bu atəşkəsi bir şərtlə qəbul edib, o da bundan ibarətdir ki, bu məsələ döyüş meydanındakı reallıqların dəyişidirilməsi və ya Suriya ordusunun əldə etdiyi irəliləyişlər və qələbələrin dayandırılması üçün bir bəhanə olmasın.