Tarix : 2016 Feb 26
Kod 48024

İRAQDA TERROR AKTİ BAŞ VERİB

Bağdadda iki terror partlayışı nəticəsində onlarla nəfər şəhid olub və yaralanıb.
Arannews- İraqın paytaxtı Bağdadda iki terror partlayışı nəticəsində onlarla nəfər şəhid olub və yaralanıb.
bir terrorçu cümə axşamı günü axşam çağı Bağdadın şimal-qərbindəki Əlşölə məntəqəsində yerləşən Rəsuli-Əzəm(s.ə.s.) hüseyniyyəsində özünü namazqılanlar arasında partladaraq, onlarla namaz qılanı qanına qəltan edib.
Digər terror partlayışı isə namaz qılanların Rəsuli-Əzəm(s.ə.s.) hüseyniyyəsindən çıxdıqları zaman baş verib.
iki terror partlayışı azı 15 nəfərin şəhid olması, əllidən çox insanın da yaralanmasına bais olubdur.
İraqlı qaynaqlar bildiriblər ki, şəhid olanlardan dörd nəfər İraqın təhlükəsizlik qüvvələrindən olub.
İndiyədək heç bir tərəf bu iki partlayışın məsuliyyətini üzərinə götürməyib, amma İŞİD terror qrupu daim İraqda terror hücumları törədir.


  • Yazılıb
  • da (də) 2016 Feb 26
  • Göndərən مدير سايت Aran News