Nəsimi rayon məhkəməsində fevral ayının 24-ü ilahiyyatçı Ramil Seyfullayevin məhkəmə iclası keçirilib.
AranNews- Məhkəmə iclasına sədrlik edən hakim Babək Pənahov istintaq müddətinin 2 ay uzadılması barədə hökm verib. Ramil Seyfullayevin vəkili Qanqa İbrahimov məhkəmənin hökmünə etiraz edərək apellyasiya şikayəti verəcəklərini bildirib.
Məlumat üçün bildirək ki, Ramil Seyfullayev vəkili ilə ilk dəfə məhkəmə zalında görüşə bilib. Yaxın günlərdə vəkil Qanqa İbrahimov Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşəcəyini bildirib.
İlahiyyatçının ailəsi bildirib ki, bir neçə gün öncə evə zəng edərək səhhətindən şikayət edib, ağrılarının olduğunu deyib. Həmçinin qeyd edib ki, səhhətinin ağır olmasına baxmayaraq ruhiyyəsinin yaxşıdır. Ramil Seyfullayev ürək çatışmamazlığından əziyyət çəkir, 3-cü qrup əlildir. Xəstəliklə bağlı bütün sənədlər BİT-in baş həkiminə təqdim olunub. Baş həkim müayinədən sonra məlumat veriləcəyini bildirib.