Tarix : 2016 Feb 27
Kod 48030

Səudiyyə Ərəbistanına ölümcül silahların satışının dayandırılması tələb olundu

Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, bir sıra sənədlər və faktlar Ərəbistanın Yəməndə yaşayış massivləri və infrastrukturlara qarşı ölümcül silahlardan istifadə etdiyini sübuta yetirir.
Arannew- Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanına ölümcül silahların satışının dərhal dayandırılmasını istəyib.
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, bir sıra sənədlər və faktlar Ərəbistanın Yəməndə yaşayış massivləri və infrastrukturlara qarşı ölümcül silahlardan istifadə etdiyini sübuta yetirir.
Beynəlxalq Amnistiya Təşkilatı əlavə edib: Fəallar 29 fevralda Silah Ticarəti Anlaşmasının icra olunması üçün Cenevrə iclasında iştirak edən dövlətlərdən Yəməndə sivillərə qarşı ölümcül silahlardan istifadə edən Ərəbistana silah satışını dərhal dayandırmalarını istəyiblər.
Beynəlxalq Amnistiya Təşkilatı 16 yanvarda da bildirmişdi ki, Səudiyyə Ərəbistanı və ABŞ-ın Yəmənə qarşı hücumlarda kasset bombaları ilə paytaxt Sənanı hədəfə aldığını sübuta yetirəcək sənədlərə malikdir.
Bu təşkilat həmçinin ötən 7 yanvarda Ərəbistan və Amerikanın Yəməndə müharibə cinayətlərinə toxunaraq bu ölkə paytaxtında yaşayış massivlərinə hücumu dəhşətli cinayət adlandırıb.
Beynəlxalq Amnistiya Təşkilatı və İnsan Haqları Gözətçisi Təşkilatı 7 fevralda Ərəbistan və müttəfiqlərinin Yəmənə hava hücumları nəticəsində sivillərin şəhid olması barəsində araşdırmanın aparılmasına dair Səudiyyə Ərəbistanının öhdəliyini qəbul etməyib və Yəməndə baş verən cinayətlərin araşdırılması üçün müstəqil komitənin təşkil olunmasını istəyiblər.


  • Yazılıb
  • da (də) 2016 Feb 27
  • Göndərən مدير سايت Aran News