Tarix : 2016 Feb 27
Kod 48032

Rus əsgərlərlə çeçenlər arasında kütləvi dava

Çeçenistan respublikasının Şatoy rayonunun Borzoy kəndində yerləşən hərbi hissədə düşən dava məişət xarakterlidir və Bunun hərbi xidmətlə heç bir əlaqəsi yoxdur.
AranNews- bu barədə rus əsgərlərlə çeçenlərin kütləvi davasını şərh edən Çeçenistan Respublikasının başçısı, Ramzan Kadırov "Vkontakte" səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisə 23 fevralda baş verib. "Münaqişəyə səbəb isə hərbi qulluqçulardan birinin başqasını qadın-aşpazın yanında ədəbsizcə alçaltması olub. Bu sözlər mübahisəyə səbəb olub. Hissənin komandanlığı vaxtında vəziyyəti nizama salmayıb", - deyə Kadırov yazıb.
Kadırov ordu komandanlığının nümayəndələri ilə birgə lazımı ölçü götürüləcəyinə söz verib. "Mən adi hadisəni şişirtməyi və siyasiləşdirməyi məsləhət görmürəm. Hərbi qulluqçular özləri artıq bir-birini anladılar və peşmandırlar", - deyə Çeçenistan lideri qeyd edib.
Çeçenistanın Borzoy kəndində olan hərbi hissədə rus əsgərlərlə çeçenlər arasında kütləvi dava olduğu barədə informasiyanı insan hüquqları üzrə məsləhət şurası təsdiq edib. Daha əvvəl sosial şəbəkədə kütləvi davanın əks olunduğu video yayılıb. Kadrlarda hərbi formada olan insanların arasında böyük dava görünür. Videoçarxa "25.02" adı verilib. Bunu davanın 25 fevralda baş verdiyi ilə bağlamaq olar.
Yayılan məlumatlara görə, Borzoyda yerləşən hərbi hissədə rus və çeçen əsgərləri arasında dava zamanı xeyli sayda yaralanan olub. Davaya səbəb əsgərlərdən birinin söyüş söyməsi və növbətçinin ona irad bildirməsi olub. Bundan sonra travmatik tapança və armaturla silahlanan çeçen əsgərlər qarşı tərəfə hücum edib. 25-dən artıq rus əsgər ağır yaralanıb. Hadisəyə görə qərargah rəisinin vəzifəsindən uzaqlaşdırıldığı qeyd olunur.
  • Yazılıb
  • da (də) 2016 Feb 27
  • Göndərən مدير سايت Aran News