Tarix : 2016 Feb 27
Kod 48034

Suriyada atəşkəs razılaşmasi icra mərhələsinə keçib

Suriyada qarşıdurma tərəfləri arasında atəşkəs Moskva və Vaşinqtonun razılaşması əsasında başlanıb və bu atəşkəs İŞİD və əl-Nüsrə Cəbhəsi kimi teerror qruplaşmalarına şamil olmur.
ARANNEWS- Xəbər mənbələri Suriyada atəşkəsin başlandığını bildiriblər.
Suriyada atəşkəs razılaşması yerli vaxtla saat 24:00-dan icra mərhələsinə keçib.
Suriyada qarşıdurma tərəfləri arasında atəşkəs Moskva və Vaşinqtonun razılaşması əsasında başlanıb və bu atəşkəs İŞİD və əl-Nüsrə Cəbhəsi kimi teerror qruplaşmalarına şamil olmur.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura da bütün suriyalı qrupların atəşkəsə sadiq qalacaqlarını bildirdiklərini deyərək əlavə edib: Bu anlaşmaya əsasən ərzaq maddələrinin mühasirə altında olan bölgələrə daxil olmasına icazə veriləcək.
De Mistura atəşkəsə şamil olmayan bölgələr barəsində deyib: Əl-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmalarının işğalında olan bölgələr müəyyənləşib. Çünki bu iki terror qruplaşması atəşkəsə şamil olmur.

  • Yazılıb
  • da (də) 2016 Feb 27
  • Göndərən مدير سايت Aran News