ARANNEWS- Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar üç həftə davam edəcək.
bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.
“Atəşkəs rejiminin ciddi şəkildə pozulmadığı təqdirdə, danışıqların ilk raundu martın 7-dən başlayaraq üç həftə davam edəcək”, deyə S.de Mistura bildirib.
Onun sözlərinə görə, ümumilikdə atəşkəsə Suriyada fəaliyyət göstərən 97 silahlı birləşmə razılıq verib.