səudiyyə koalisiyasının qırıcıları cümə günü yəmənin müxtəlif bölgələrin bombalayiblar.
ARANNEWS- Səudiyyə təcavüzkarları Yəmənin yaşayış massivlərini bombalamağı davam etdirirlər.
səudiyyə koalisiyasının qırıcıları cümə günü bir neçə mərhələdə Yəmənin şimalındakı Səədə vilayətinin qərbində yerləşən Kətaf məntəqəsini bombalayıblar. Hələ bu hücumların ehtimal olunan tələfat və xəsarəti haqda bir məlumat yayılmayıb.
Səudiyyə təcavüzkarlarının qırıcı-bombardmançı təyyarələi həmçinin Səna vilayətindəki Əlnəhdəyn məntəqəsini bombalayıblar.
Yəmənin ordusu və xalq qüvvələrinin Yəmənin cənubundakı Təiz vilayətində yerləşən Kərş məntəqəsindəki hücumlarında bir qrup səudiyyə təcavüzkarı məhv edilib və ya yaralanıbdır.
Ərəbistan bəzi region ölkələrinin həmkarlığı və ABŞ-ın dəstəyilə ötən on bir ayda minlərlə yəmənlini şəhid edib və milyonlarla nəfəri didərgin salıbdır.