regionun hazırkı şəraitində terror böhranlarını islam ölkələrindən uzaqlaşdırmaq və islam ümmətinin birliyini qorumaq İran üçün əhəmiyyətli və dəyərlidir.
ArAnNeWs-İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikası islam ümmətinin strateji birliyi ardıncadır.
Əli Laricani Qumda İraq parlamentinin bir qrup deputatı ilə görüşdə deyib: İranın siyasəti bütün ölkələrdə demokratiyanı dəstəkləmək, İraq və Suriyanın parçalanması və region üçün fitnənin yaradılmasına qarşı çıxmaqdır.
Düşmənlərin İraq və regionda etnoslararası qarşıdurmanı qızışdırdıqlarını bəyan edən Laricaninin sözlərinə görə, regionun hazırkı şəraitində terror böhranlarını islam ölkələrindən uzaqlaşdırmaq və islam ümmətinin birliyini qorumaq İran üçün əhəmiyyətli və dəyərlidir.
İran parlamentinin sədri həmçinin terror qruplaşmalarının regionun bəzi ölkələri, o cümlədən İraq üçün çoxlu təhlükəsizlik problemləri yaratdıqlarına toxunaraq bildirib: Təhlükəsiz və demokratik İraqın olması İran üçün əhəmiyyət kəsb edir.
İraq parlamentinin deputatları da bu görüşdə regional, daxili və beynəlxalq məsələlər, eləcə də iki ölkə arasındakı məsələlər barəsində fikir mübadiləsi aparıblar.