ArAnNeWs- İraqın könüllü qüvvələri ölkənin şimalında keçirdikləri əməliyyatda onlarla terrorçunu öldürüblər.İraqın şimal istiqamətində könüllü qüvvələrin sözçüsü Əli əl-Hüseyni bildirib: Kərkükün cənubunda Bəşir qəsəbəsində könüllü qüvvələrin İŞİD terrorçuları ilə toqquşmasında ən azı 37 terrorçu öldürülüb. Əli əl-Hüseyninin sözlərinə görə, könüllü qüvvələrin ağır artilleriyası İŞİD-in mövqelərini atəşə tutaraq onların bomba quraşdırılmış avtomobillərini məhv edib.
Əl-Bəşir qəsəbəsi məntəqəsi 2014-cü ildən İŞİD terror qruplaşmasının işğalındadır.
İraqda əldə olunan digər məlumata görə, İraq qüvvələri Ər-Rəmadinin şərqində Sufiyə məntəqəsi sakinlərinin əməkdaşlığı ilə 500-dən çox bombası olan bir anbarı aşkarlayıblar.
Həmçinin İraq təhlükəsizlik qüvvələri Ər-Rəmadinin şərqində əl-Hamiziyyə məntəqəsində terror qruplaşmalarına bağlı 3 raketatıcı platformanı aşkarlayaraq onları məhv ediblər.