Tarix : 2016 Feb 28
Kod 48043

Hz.Yusif (ə) filmi yüksək rejissorluq sənətinin nəticəsi idi

Eldəniz Quliyev: düşünürəm ki, çox böyük bir sənət adamı dünyasını dəyişib. Allahdan ona rəhmət diləyirəm.


AranNews-
Dünyaca məşhur rejissor, aktyor və senarist, əslən azərbaycanlı olan Fərəcullah Sələhşur 63 yaşında vəfat edib.

F.Sələhşur bu gün səhər saatlarında ağ ciyər xərçəngi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. F.Sələhşur 3 noyabr 1952-ci ildə İranın Qəzvin şəhərində anadan olub. F.Sələhşur məşhur “Həzrət Yusif (ə)” filminin senari müəllifi və baş rejissoru olub. Həmin serial 7 ilə çəkilib.
Kinodramaturq Eldəniz Quliyev tanınmış rejissorun vəfatı ilə bağlı ürək sözlərini bölüşərkən deyib ki, incəsənət aləmi böyük bir sənət adamını itiri: ““Həzrət Yusif (ə)” filmi haqqında ən gözəl sözləri demək olar. Amma bir film haqqında ən yaxşı sözü tamaşaçı deyə bilər.
Əgər bir film dünyanın bir çox ölkələrində yüksək reytinqlərlə izlənibsə, tamaşaçı bu filmi sevə-sevə izləyibsə, o zaman artıq sözə ehtiyac yoxdur. Bir film üçün tamaşaçı diqqətindən yüksək heç bir mükafat ola bilməz. Təbii ki, kinonun bu qədər yüksək maraqla izlənməsi rejissorun istedadının göstəricisidir. Bu filmin ciddi şəkildə uğur qazanması üçün rejissor çox əmək sərf edib. “Həzrət Yusif (ə)” filminin bir çox göstəriciləri də yüksək səviyyədə olması aşkar şəkildə görünür. Belə ki, aktyor seçimi, dekorasiyaların qurumu, artıq rejissorun səviyyəsinin göstəricisidir. Bu baxımdan düşünürəm ki, çox böyük bir sənət adamı dünyasını dəyişib. Allahdan ona rəhmət diləyirəm”.

  • Yazılıb
  • da (də) 2016 Feb 28
  • Göndərən مدير سايت Aran News