ArAnNeWs- Qüds İntifazəsinin başlanmasından bəri 186 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.
Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, Qüds İntifazəsinin başlandığı zamandan bəri 186 fələstinli sionistlərin hücumlrı nəticəsində şəhid olub.
Bu müddət ərzində 15645 fələstinli də yaralanıb. Həbs edilənlərin sayı isə yüzlərlədir.
Fələstinin Qırmızı Aypara Cəmiyyəti əlavə edib: sionist rejim hərbçiləri ötən ilin oktyabr ayının ortalarından bəri işğal edilmiş Qüdsdə 41, əl-Xəlil şəhərində 53, Ramallahda 20, Cənində 19, Beyt Ləhmdə 10, Nablosda 10, Tulkərmdə 3, Selfitdə 2, Qilqiliyada 1 nəfəri şəhid ediblər. İşğal edilmiş ərazilərdə şəhid edilən fələstinlilərin sayı 48, Qəzzə şəhidlərinin sayı isə 25-dir.