Tarix : 2016 Feb 28
Kod 48049

İranin Məşhür Rejissoru Vəfat Edib

İranin Məşhür Rejissoru Fərəcullah Sələhşur dünyasını dəyişib.
ArAnNeWs- dünyaca məşhur "Yusif Peyğəmbər (ə)" filminin rejissoru Fərəcullah Sələhşur dünyasını dəyişib. 
O, uzun müddət imiş ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirmiş. Aparılan bütün müalicələrə baxmayaraq, tanınımış rejissor haqq dünyasına qovuşub.
Xatırladaq ki, 2008-ci ildə çəkilən "Yusif Peyğəmbər (ə)" serialı Azərbaycan tamaşaçıları tərəfindən də çox müsbət qarşılanıb. Təkcə bunu demək kifayətdir ki, filmin Azərbaycanda nümayişindən sonra bu günə kimi də ölkədə ən çox qoyulan uşaq adları arasında Yusif birinci yerdədir. Serial Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən bəhs edilir. 
"Həzrəti Yusif (ə)" teleserialı Türkiyədə "Star TV" və "Kanal 7", Azərbaycanda isə Space TV və "İnterAz TV" kanallarında yayımlanmışdır. 


  • Yazılıb
  • da (də) 2016 Feb 28
  • Göndərən مدير سايت Aran News