Ərəbistanın Yəmənə 2015-ci il mart ayından 2016-cı il yanvar ayına qədər hücumlarında 8 min 278 yəmənli şəhid olub. Onların 236-sı uşaq, 752-si isə qadındır.
Arannews- Yəmən İnsan Haqları Mərkəzi Ərəbistanın Yəmənə hücumları nəticəsində şəhid olanların sayını və xəsarətlərin miqdarını yayımlayıb.
Ərəbistanın Yəmənə 2015-ci il mart ayından 2016-cı il yanvar ayına qədər hücumlarında 8 min 278 yəmənli şəhid olub. Onların 236-sı uşaq, 752-si isə qadındır.
Ərəbistanın Yəmənə hücumlarında yaralananların sayı isə 16 min nəfərə çatıb. Onların da 254 nəfəri uşaq, 668 nəfəri isə qadındır.
Yəmənin İnsan Haqları Mərkəzinin bildirdiyinə əsasən, həmçinin bu müddət ərzində 810 məktəb və təhsil müəssisəsi, 39 universitet, 242 səhiyyə mərkəzi, 345 min 722 yaşayış massivi hücumlara məruz qalmışdır.
Yəmən İnsan Haqları Mərkəzinin bildirdiyinə görə, bu müddətdə 271 yanacaq deposu, 140 elektrik stansiyası, 1113 dövlət binası, 10 platforma və liman, 530 yol və körpü, 14 hava limanı və 191 zavod dağıdılıb.
Bu məlumata görə, təxminən ötən bir ildə səudiyyəli təcavüzkarlar 121 turizm mərkəzi, 59 tarixi abidəni, 615 msəcidi, medialara bağlı 16 binanı, 41 stadion və klubu, 163 su anbarı, 168 telekommunikasiya qovşağı, 176 ərzaq maddələri daşıyan yük maşını, 124 quşçuluq sexi və 353 bazarı hədəfə alıblar.